20 min kiloqrama qədər vaxtı keçmiş qida məhsulu məhv edildi


Digərləri 15 Apr 2019 17:54:00 218 0

20 min kiloqrama qədər vaxtı keçmiş qida məhsulu məhv edildi

"Sun Food" MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19 508 kq qida məhsulunun məhv edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub.

AQTA-dan Son.az-a verilən məlumata görə, yararlılıq müddəti bitmiş ümumi çəkisi 19 508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.


Xəbərə aid fotolar