Maştağada yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 15 Apr 2019 17:58:00 195 0

Maştağada yolu keçən piyadanı avtomobil vurub öldürdü

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 14-də saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini S.Məstanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Cəmil Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.