Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər


Digərləri 15 Apr 2019 17:49:00 186 0

Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər

Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlər arasındakı münasibətlər və zorakılıq hallarının artmasıdır. Buna ən əsas səbəb kimi əsasən sosial sürətli medianın inkişafı və burada zərərli informasiyaların yayılması göstərilir.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Anar Məmmədov - Təhsil üzrə ekspert: "Əvvəlki şagirdlərin informasiya axınına bu qədər çıxışı yox idi. Əvvəlki şagirdlər bu yaşda zorakılıqdan xəbərləri yox idi, bu yaşda açıq məlumatlardan, yaşlarına uyğun olmayan məulmatlardan xəbərləri yox idi".

Uşaqlarda aqressiyasının artmasında təhsil müəssisələri qədər valideynin də rolu var. Bəzi ata və anaların övladlarına vaxt ayırmaması, zərərli davranışlarının zamanla düzəlcəyini gözləməsi və ya bunun məsuliyyətini təkcə müəllimlərdə görməsi təhlükənin daha da artmasına yol açır.

Elnur Rüstəmov - Psixoloq: "Bu gün ailə daxili şiddət, zorakılıq var. Bundan da ən çox əziyyət çəkən o ailədə böyüyən uşaqlardı. Valideyn də düşünür ki, zaman keçər düzələr.  Yaxud da düşünür ki, bunu məktəb etməlidir. Amma mən düşünürəm ki, məktəbə qədər bu işdə valideyn də məsuliyyət daşıyır".

Uşaqların düzgün istiqamətdə tərbiyə olunmasında müəllim, valideyn və psixoloqlar birgə çalışmalıdır. Ekspertlər belə hesab edir ki, bunun üçün digər dövlət qurumlarının, hıtta hüquq-mühafizə orqanları nümayəndələrinin rolundan da istifadə olunmalıdır.


Xəbərə aid fotolar