Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır


Digərləri 15 Apr 2019 17:41:00 190 0

Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır

Azərbaycan Universiteti I, II və III ixtisas qruplarına sənəd verən abituriyentləri və onların yaxınlarını “Açıq qapı” günlərinə dəvət edir.

Bakı. Azərbaycan Universiteti I, II və III ixtisas qruplarına sənəd verən abituriyentləri və onların yaxınlarını “Açıq qapı” günlərinə dəvət edir. Universitetdən Trend-ə verilən məlumata görə, “Açıq qapı” tədbirləri aprelin 17-dən avqustun 19-dək cümə axşamı günləri saat 10.00-dan 16.00-dək keçiriləcək. İştirakçılar üçün tədris binasına infotur təşkil olunacaq, onlar növbəti tədris ili üçün qəbul aparılan ixtisaslar, keçid balları, təqaüd və xaricdə təhsil imkanları, universitetin beynəlxalq əlaqələri, tələbə həyatı, həmçinin seçmək istədikləri ixtisasın karyera imkanları haqqında ətraflı məlumat ala biləcək, professor-müəllim heyəti ilə söhbət edə biləcək, onları maraqlandıran suallarla Abituriyent Məsləhət Mərkəzinin əməkdaşlarına müraciət edə biləcəklər. Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılmış mərkəz ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərir.