Taksidə siqaret çəkilməsinə görə inzibati xəta haqqında işlərə DİN baxacaq


Digərləri 15 Apr 2019 17:30:00 174 0

Taksidə siqaret çəkilməsinə görə inzibati xəta haqqında işlərə DİN baxacaq

Taksidə siqaret çəkilməsinə görə inzibati xəta haqqında işlərə DİN baxacaq.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən fərmanın 5.27-1-ci bəndinə “Nazirliyi,” sözündən sonra “taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri əlavə edilir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə “322.0.2,” rəqəmlərindən sonra “322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə),” sözləri əlavə edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin