Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı


Dünya 15 Apr 2019 16:39:00 190 0

Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı

İspaniyanın "El Pais" qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən "WikiLeaks"in yaradıcısı Culian Assanjın videogörüntülərini yayıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, görüntülər J.Assanjın sığınacaq aldıqdan sonra 7 il yaşadığı Ekvadorun Londondakı səfirliyində lentə alınıb.

Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib.

"O, duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanj səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi", - deyə səfirlikdən bildirilib.