“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” binasının tikintisi (FOTO)


Digərləri 15 Apr 2019 16:33:00 213 0

“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” binasının tikintisi (FOTO)

Anbarın tikinti-quraşdırma işlərinə 2018-ci ilin oktyabr ayında başlanıb.

Bakı. Anbarın tikinti-quraşdırma işlərinə 2018-ci ilin oktyabr ayında başlanıb. Azərbaycan Sənaye Korporasiyası”ndan Trend-ə verilən məlumata görə, “Hazır məhsul anbarı” binasının tikintisinə tələb zavodda istehsal olunan məhsulun satışaqədərki zaman kəsiyində mövcud normalar əsasında açıq atmosfer şəraitindən mühafizə edilməsi zəruriliyindən irəli gəlib. Bir mərtəbəli anbarın daxili sahəsi 7855.46 kvm, ümumi həcmi 66126.00 m3-dir. İlkin hesablamalara görə anbarda 9000000 ədədə yaxın şərti şüşə taranın müvəqqəti saxlanması nəzərdə tutulub.