2 nömrəli məktəbin müəlliminin iddialarına Təhsil Nazirliyinin CAVABI


Digərləri 15 Apr 2019 16:23:00 201 0

2 nömrəli məktəbin müəlliminin iddialarına Təhsil Nazirliyinin CAVABI

2 nömrəli ümumi orta internat məktəblə bağlı müəllimin iddialarına Təhsil Nazirliyi rəsmi cavab verib.

Bakı. Ceyhun Ələkbərov - 2 nömrəli ümumi orta internat məktəblə bağlı müəllimin iddialarına Təhsil Nazirliyi rəsmi cavab verib. Nazirlikdən Trend-ə bildirilib ki, müəllim Leyla Ucalın yazdığı fikirlər bu gün onun iştirakı ilə müzakirə ediləcək: "Ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.