“Eurovision” ciddi deyil, qəribə insanları göndərirlər”


Şou-biznes 15 Apr 2019 16:14:00 237 0

“Eurovision” ciddi deyil, qəribə insanları göndərirlər”

Əməkdar artist Səbinə Babayeva AzTV-də yayımlanan "Gün başladı" proqramının qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Eurovision" müsabiqəsi barədə fikirlərini bildirib:

"Heyfslənirəm ki, səkkiz ildir "Eurovision" artıq ciddi deyil. Biz tərəfdən nəzərdə tutmuram, ümumi deyirəm. Ciddi yanaşmırlar, qəribə insanları göndərirlər. 2012-ci ildə maraq var idi. Güclü səslər iştirak edirdi. Mənə "Eurovision" vokal müsabiqəsi kimi maraqlı olub. İndi isə sirk kimidir. Daha çox şou önplana çıxıb".