Bu ərazidə iki gün işıq olmayacaq


Digərləri 15 Apr 2019 16:09:39 238 0

Bu ərazidə iki gün işıq olmayacaq

Masazır Yarımstansiyasında yenidənqurma işləri aparılır.

Bakı. Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.