Paytaxtda iki dairədə nəqliyyat şəraiti yaxşılaşdırılır (FOTO)


Digərləri 15 Apr 2019 15:54:00 217 0

Paytaxtda iki dairədə nəqliyyat şəraiti yaxşılaşdırılır (FOTO)

Paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində 4-cü mikrorayon və Biləcəri dairələri kimi tanınan ərazilərdə işlərə başlanılıb.

Bakı. Paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində 4-cü mikrorayon və Biləcəri dairələri kimi tanınan ərazilərdə işlərə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, həyata keçiriləcək bu tədbirlər hər iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılmasına, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsinə, bundan başqa, konflikt nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən prioritet məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaqdır.