"Azərsu": Sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasın Həmin ərazilərə yalnız gələcəkdə fasiləsiz su verilə bilər FOTO


Digərləri 15 Apr 2019 15:27:00 233 0

"Azərsu": Sakinlərin ixtiyarı var ki, su çənlərini saxlasın  Həmin ərazilərə yalnız gələcəkdə fasiləsiz su verilə bilər  FOTO

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakınn Xətai rayonu ərazisinin bir hissəsində məhəllədaxili və zirzəmidən keçən su xətlərinin yenilənməsinə başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, həmin ərazidə köhnəlmiş xətlər yenisi ilə əvəzlənir: "Sovet dövründə tikilmiş və istifadəyə yararsız olan bütün su xətlərini yeniləyirik. Hazırda biz Xətai rayonu ərazisini 3 saat səhər, 3 saat axşam içməli su ilə təchiz edirik. Yəni bu gün yalnız qrafiklə su vermək üçün texniki imkanlarımız var. Amma gələcəkdə bu işlər tam yekunlaşandan, bütün məhəllədaxili, binadaxili xətlər yenilənəndən və sayğacla təmin olunandan sonra imkanımız var ki, həmin ərazilərdə hidrofor sistemi qurulsun və sakinləri 24 saat fasiləsiz içməli su ilə təchiz edək".


Xəbərə aid fotolar