"AccessBank" gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilat seçilib


Digərləri 15 Apr 2019 15:15:00 212 0

"AccessBank" gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilat seçilib

"AccessBank" Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən xüsusi mükafatla təltif olunub.

Bakı. "AccessBank" Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən xüsusi mükafatla təltif olunub. Təltifetmə mərasimi AMFA-nın 15 illiyinə həsr olunan tədbir çərçivəsində baş tutub. "AccessBank" "İlin gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilatı" nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatlandırma mərasimində iştirak edən AccessBank-ın baş direktoru Elşən Pirmaliyev bildirib ki, həm biznes, həm də sosial baxımdan gənclərin inkişafına dəstək vermək bankın əsas hədəflərindən biridir: "Həyata keçirdiyimiz layihələrə layiqli qiymət verdiyi üçün AccessBank adından AMFA-ya təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, "AccessBank" bundan sonra da gənclərlə bağlı reallaşdırılan biznes və sosial yönümlü layihələrə dəstəyini əsirgəməyəcək". Onun sözlərinə görə, bankın kredit portfelinin 24%-i gənclərə (35 yaşınadək olan şəxslərə) yönəlib. Bundan başqa, bankda çalışan menecerlərin 30%-ni gənclər təşkil edir. AccessBank-ın PR meneceri İlkin Əhmədov isə gənclərlə bağlı həyata keçirilən layihələrə toxunub. AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramından söz açan İ. Əhmədov deyib ki, layihənin məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır: "Layihə iştirakçıları arasından seçilən 10 tələbəyə təqaüd kartları təqdim edilib və həmin tələbələrə cari semestr ərzində hər ay 100 manat təqaüd verilir".