“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik”


Şou-biznes 15 Apr 2019 15:04:00 239 0

“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik”

"Biz 1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Gətirdi hamımıza nişan konfeti payladı. Mən o nişan konfetini aparıb qoydum yastığımın altına. Subay qızıq axı, hamımıza maraqlıdır o fallar. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda gördüm". Son.az bildirir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu "Söhbət var" proqramında deyib. Aparıcı, daha sonra həyat yoldaşı Oqtayı ilk dəfə görməsindən söz açıb: "Yuxudan durdum bacıma dedim ki, yuxuda kök, saqqalı bir dənə oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra insitutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə oldu, elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq".

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto