Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi


Kriminal 15 Apr 2019 15:09:00 271 0

Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Son.az-a bildirib ki, iclasda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası" ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılıb, təkliflər verilib. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsiylə veteranlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək.