Danışılmış oyunlardan 10 milyon qazanan kluba ağır cəza


İdman 15 Apr 2019 14:41:00 293 0

Danışılmış oyunlardan 10 milyon qazanan kluba ağır cəza

Ukraynanın Sumy futbol komandasının iştirakçısı olduğu danışılmış oyunlardan 10 milyon avro qazanc götürülüb.

Goal.az  xəbər verir ki, bu barədə “Futbol 1” telekanalında yayımlanan “Velikiy futbol” proqrmanda bildirilib. Məlumata görə, Ukrayna ikinci liqasında çıxış edən komanda 1,5 il ərzində 30-dək danışılmış oyun təşkil edib.

Bu görüşlərdən müxtəlif şəxslər ümumilikdə 10 milyon avro irəli düşüblər.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Futbol Federasiyası ölkənin ikinci liqasında çıxış edən Sumy-nı bütün yarışlardan kənarlaşdırıb. Komandanın özü isə peşəkar statusdan məhrum edilib.