Çempionlar Liqası: 1/4 finalın cavab oyunlarına hakim təyinatları


İdman 15 Apr 2019 14:20:00 291 0

Çempionlar Liqası: 1/4 finalın cavab oyunlarına hakim təyinatları

Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.

Goal.az-ın məlumatına görə, 43 yaşlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda keçiriləcək İngiltərə komandaları Manchester City və Tottenham-in matçını idarə edəcək.

Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.

Qeyd edək ki, Mançester şəhərindəki görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda Tottenham minimal hesablı qələbə qazanıb - 1:0.

Bu mərhələdəki Barcelona (İspaniya) - Manchester United (ilk oyun 1:0) qarşılaşmasını almaniyalı Feliks Brıx, Juventus (İtaliya) - Ajax (Hollandiya) oyununu (ilk oyun 1:1), fransalı Klement Turpin, Porto (Portuqaliya) - Liverpool (İngiltərə) (ilk oyun 0:2) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək.