“E-sosial” internet portalına bu günədək 100 mindən çox baxış olub


Digərləri 15 Apr 2019 14:47:19 208 0

“E-sosial” internet portalına bu günədək 100 mindən çox baxış olub

20 mindən çox aktiv istifadəçisi olan portalın mobil tətbiqi İOS əməliyyat sistemi üzərindən də təqdim olunacaq

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabr ayından istifadəyə verdiyi www.e-sosial.az internet portalına bu günədək 100 mindən çox baxış olub. Portalın aktiv istifadəçilərinin sayı 20 mini ötüb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Trend-ə müsahibəsində bildirib.