İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb


Digərləri 15 Apr 2019 14:35:45 218 0

İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb. Trend-in məlumatına görə, rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq. İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb. “Haqqımızda” bölməsində “Aİİ-nin tarixi”; “Nizamnaməsi”; “Nə üçün Aİİ?”; “Loqo”; “Kataloq”; “Akademk heyət”; “Əlaqə” və “Qalereya” başlıqları altında İnstitutun ictimai həyatı əks etdirilib. Saytın “Struktur” bölməsində “Rektorluq”; “Elmi Şura”; “İlahiyyat fakültəsi”; “Kafedralar”; “Tədris-Metodiki Şura”; “Tədris şöbəsi”; “Magistratura və doktorantura şöbəsi”; “Həmkarlar İttifaqı Komitəsi”; “Beynəlxalq əlaqələr şöbəsi”; “Tələbə Elmi Cəmiyyəti”; “Tələbə Gənclər Təşkilatı”; “Kitabxana İnformasiya Mərkəzi”; “Ümumi şöbə”; “Hüquqşünas”; “Mətbuat şöbəsi”; “Kadrlar şöbəsi” və “Mühasibatlıq” başlıqlı yazılarda əməkdaşlar və onların fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.