Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib (FOTO)


Digərləri 15 Apr 2019 14:13:00 213 0

Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib (FOTO)

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi vahid idman təqvim planına əsasən Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib.

Bakı. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi vahid idman təqvim planına əsasən Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib. Federasiyadan Trend-ə verilən məlumata görə, Respublika Velotrekində təşkil edilən yarışda klub və cəmiyyətlərin 6 yaş qrupunda 65 idmançısı mübarizə aparıb. 2005-2006-cı il təvəllüdlü qızların 330 metr məsafəyə mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radxa Şabanova 1-ci yeri tutub. Onun komanda yoldaşı Fatimə Əfqanzadə 2-ci, 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Mədinə Atabalayeva isə 3-cü olub. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar da 330 metr məsafəyə yarışıblar və fəxri kürsüyə Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri qalxıblar – Mirsaleh İbadov 1-ci, Əlihüseyn Musazadə 2-ci, Hüseyn Nərimanov 3-cü yeri tutub.