"Bizim Market" mağazalar şəbəkəsinin sahibi VƏFAT ETDİ


Digərləri 15 Apr 2019 14:07:00 308 0

"Bizim Market" mağazalar şəbəkəsinin sahibi VƏFAT ETDİ

"Bizim Market" mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı"nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib. 

Son.az azpolitika.info-ya istinadən xəbər verir ki, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqllı iş adamı olan Rasim Salmanov "Bizim market" mağazalar şəbəkəsi ilə yanaşı, "Zövq İnşaat" tikinti şirkətinin, "Zövq İnşaat" plastik qapı-pəncərə istehsal müəssisəsinin, "Bakı", "San Remo" və "Nilufər" şadlıq saraylarının, Babək prospektində yerləşən "Audi Bakı Mərkəzi"nin, "Cadillac Bakı Mərkəzi"nin və "Kilim mebel" salonunun sahibi idi .