"İstəsəm də, istəməsəm də sənədləri imzalayırdım"


Kriminal 15 Apr 2019 13:44:00 54 0

"İstəsəm də, istəməsəm də sənədləri imzalayırdım"

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Rəşad Hacıyevin məhkəməyə teleqram göndərdiyi elan olunub. Şahid bildirib ki, hazırda ölkədə olmadığı üçün prosesə qatıla bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir.

Hakim bildirib ki, digər şahid Rauf Xəlilov da hazırda Kanadada olsa da, bu barədə məhkəməyə məlumat verməyib.

Prosesdə şahid qismində dindirilən Rövşən İsmayılov deyib ki, 1997-ci ildən Beynəlxalq Bankda çalışıb, 2002-2012-ci illərdə bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib: "Veksel əməliyyatı ilə bağlı protokolları bankın sədr və katibləri imzalayıb. Mənim işim isə bankda maliyyə məsələlərinə nəzər yetirib məlumat vermək olub. Həmin əməliyyatlara xəzinədarlıq departamenti nəzarət edirdi. Amma bankda kimin bilavasitə nəzarət etməsini dəqiq bilmirəm. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialında kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə olunub".

Digər şahid Şahin Rəsulov isə istintaqa verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Beynəlxalq Bankın Kredit Komitəsinin üzvü olsa da, komitənin iclaslarında iştirak etməyib: "Mənə filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi. Əmək haqqım isə 2500 manat idi".

Məhkəmədə elan olunub ki, təqsirləndirilən Erxan Cavadın "Buta kithcin" əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur.

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildənilə artır  VİDEO like
  • 15 Apr 13:41  
Siyasət Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildənilə artır VİDEO

"Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır&quo

arrow Ətraflı
Hövsanda fabrikdən 170 minlik toyuq və toyuq məhsulları oğurlanıb like
  • 15 Apr 13:40  
Digərləri Hövsanda fabrikdən 170 minlik toyuq və toyuq məhsulları oğurlanıb

170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli b

arrow Ətraflı
İranlı deputatın bu like
  • 15 Apr 13:39  
Dünya İranlı deputatın bu

Aprelin 14-də İran parlamentində keçirilən növbəti iclasların birində q

arrow Ətraflı
Yüzlərlə qız soyunub, qarlı havada xizək sürdü like
  • 15 Apr 13:34  
Dünya Yüzlərlə qız soyunub, qarlı havada xizək sürdü

Sibirdə xizək sürən 1500-dən çox insan yazın gəlişini özünəməxsus

arrow Ətraflı
Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır (VİDEO) like
  • 15 Apr 13:33  
Digərləri Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır (VİDEO)

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır.

arrow Ətraflı
'Rüzigar' ləqəbli reperin cəzası bəlli oldu like
  • 15 Apr 13:29  
Şou-biznes 'Rüzigar' ləqəbli reperin cəzası bəlli oldu

Daxili İşlər Nazirliyi (DİN) "Ruzigar" ləqəbli reper Aydın Hüs

arrow Ətraflı
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir like
  • 15 Apr 13:25  
Digərləri “Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir

"Kapital Bank" Ukraynanın qabaqcıl banklarından olan "Privat Bank" ilə “X

arrow Ətraflı
Gəlin maşınını görənlər təəccüb içində like
  • 15 Apr 13:24  
Dünya Gəlin maşınını görənlər təəccüb içində

Toydan əvvəl çəkilən görüntülər sosial şəbəkələrdə maraq doğurub

arrow Ətraflı
Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq like
  • 15 Apr 13:14  
Digərləri Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq

Azərbaycan karateçilərindən ibarət milli komanda həftəsonu Mərakeşin pa

arrow Ətraflı
Duman gözlənilir...  Sabahın HAVAsı like
  • 15 Apr 13:11  
Digərləri Duman gözlənilir... Sabahın HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Xırdalanda 70 yaşlı qadının meyiti tapılıb like
  • 15 Apr 13:09  
Digərləri Xırdalanda 70 yaşlı qadının meyiti tapılıb

Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı ar

arrow Ətraflı
20 min kiloqrama qədər vaxtı keçmiş qida məhsulu məhv edilib (FOTO) like
  • 15 Apr 13:04  
Digərləri 20 min kiloqrama qədər vaxtı keçmiş qida məhsulu məhv edilib (FOTO)

“Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19

arrow Ətraflı