Tovuzda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkarlandı


Digərləri 15 Apr 2019 13:49:00 212 0

Tovuzda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kəndində vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.

AQTA-dan Son.az-a verilən məlumata görə, baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız, ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

Heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.


Xəbərə aid fotolar