'Rüzigar' ləqəbli reperin cəzası bəlli oldu


Şou-biznes 15 Apr 2019 13:29:00 190 0

'Rüzigar' ləqəbli reperin cəzası bəlli oldu

Daxili İşlər Nazirliyi (DİN) "Ruzigar" ləqəbli reper Aydın Hüseynovun həbsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Ölkə.az"a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.