“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir


Digərləri 15 Apr 2019 13:25:26 213 0

“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir

"Kapital Bank" Ukraynanın qabaqcıl banklarından olan "Privat Bank" ilə “Xəzri” sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb.

Bakı. "Kapital Bank" Ukraynanın qabaqcıl banklarından olan "Privat Bank" ilə “Xəzri” sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb. Artıq müştərilər Privat Bank-ın çoxsaylı (2500 artıq məntəqə) filiallarında “Xəzri” sistemində köçürmə və ödəniş əməliyyatları apara bilərlər. Köçürmələrə görə müştərilərdən 1% (minimum 2 USD/EUR) komissiya haqqı tutulur. Əlavə olaraq Ukrayna ərazisində yerləşən Kapital Bank-ın çoxsaylı partnyolarının (Oşadbank, Praveks Bank, Akkordbank, Kristalbank və İbox Bank) məntəqələrində də “Xəzri” sistemi ilə əməliyyatların aparılması mümkündür. Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı və MilliÖn ödəniş terminalları vasitəsilə etmək mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq "Kapital Bank" bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankların filiallarından komissiyasız nağdlaşdıra bilərlər. Ölkədaxili köçürmələrə görə müştərilərdən 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur.