Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq


Digərləri 15 Apr 2019 13:14:00 202 0

Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq

Azərbaycan karateçilərindən ibarət milli komanda həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turnirinə qatılacaq.

Bakı. Azərbaycan karateçilərindən ibarət milli komanda həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turnirinə qatılacaq. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 19-21 aprel tarixlərində nüfuzlu yarışda 14 idmançımız iştirak edəcək. Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), həmçinin Şahin Atamov və Asiman Qurbanlı (+84 kq) yer alıb. Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretskanın (-68 kq) çıxışına üstünlük verib.