Azərbaycan Beynəlxalq Bankından 100dən artıq valyutada xaricə köçürmələr


Digərləri 15 Apr 2019 11:41:00 190 0

Azərbaycan Beynəlxalq Bankından 100dən artıq valyutada xaricə köçürmələr

Müştərilərin ehtiyaclarını hər zaman nəzərə alan Azərbaycan Beynəlxalq Bankı onların daha bir istəyini yerinə yetirib. Belə ki, banka xarici ölkələrə köçürmələri həyata keçirmək məqsədilə müraciət edən fiziki şəxs müştərilər bunu dünyanın bir çox valyuta növlərində də edə biləcəklər.

İndi hər bir müştəri Azərbaycan Beynəlxalq Bankının yeni təqdim etdiyi "Multivalyuta köçürmələri" xidmətindən faydalanmaqla xaricə köçürmələri ənənəvi valyuta növlərindən başqa dünyanın daha 100 - dən artıq valyutasında da rahatlıqla yerinə yetirə bilər. Bunun üçün müştərilərə xaricə köçürmə ilə bağlı müvafiq sənədləri təqdim etmək və istəyinə uyğun valyutanı seçmək kifayətdir. Sözügedən xidmətdən Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrində yararlanmaq mümkündür.