Qaynı arvadını başqa kişi ilə gördü və...


Kriminal 15 Apr 2019 10:54:00 265 0

Qaynı arvadını başqa kişi ilə gördü və...

İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.

Son.az ONA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri - 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus "Mercedes-BENZ" markalı, "99 CF 146" dövlət nömrə nişanlı avtomobillə İmişli şəhərinə gəlib.

O. Seyidovun məqsədi S. Vurğun küçəsi, ev 8 ünvanında yaşayan 2018-ci ilin noyabr ayında tanış olduğu 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşmək olub.

Bunun üçün H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin həyat yoldaşı Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlədiyi mağazaya nəzarət etmələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olub. Bu zaman V. Məmmədova onları görüb.

Qeyd edək ki, A. Məmmədova V. Məmmədovanın qaynının həyat yoldaşı olub. Vahidə mobil telefonla Ayşənin əri E. Məmmədova zəng edərək həyat yoldaşının xəyanəti barədə məlumat vermək istəyib.