Azərbaycanın milli aviadaşıyıcısı ƏrRiyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim edib FOTO


Digərləri 15 Apr 2019 10:31:00 229 0

Azərbaycanın milli aviadaşıyıcısı ƏrRiyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim edib  FOTO

Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda "Azərbaycan Hava Yolları"nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu "Azərbaycan şahinin gözü ilə" adlı təqdimat keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak ediblər.

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub.

Tədbirdə "Azərbaycan şahinin gözü ilə" təqdimat videoçarxı nümayiş etdirilib. Videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür

https://youtu.be/sSbPtfSrC58

Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilib. Qonaqlar, həmçinin ölkəmizin mətbəx incilərini qiymətləndirə biliblər.

Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə edib. Ötən il "Azərbaycan Hava Yolları"nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənib və AZAL Böyük Britaniyanın "Skytrax" agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunub.


Xəbərə aid fotolar