"Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞın etibarlı tərəfdaşıdır"


Siyasət 15 Apr 2019 10:37:00 193 0

"Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞın etibarlı tərəfdaşıdır"

"Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

Səfir bildirib ki, Azərbaycan beynəlxalq sülhün təmin olunmasına mühüm töhfə verir, Əfqanstana sülhməramlı qoşunlarını göndərir.

O qeyd edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynayır.

Ö.Litzenberqer Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyini də vurğulayıb.