"PAŞA Bank" Azərbaycanda ilk dəfə “HackerRank” işəgötürmə platformasının tətbiqinə başladı


Digərləri 15 Apr 2019 10:23:22 189 0

"PAŞA Bank" Azərbaycanda ilk dəfə “HackerRank” işəgötürmə platformasının tətbiqinə başladı

Azərbaycanın aparıcı korporativ bankı – "PAŞA Bank" “HackerRank” innovativ işəgötürmə platformasının istifadəsinə başlayıb.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı – "PAŞA Bank" “HackerRank” innovativ işəgötürmə platformasının istifadəsinə başlayıb. Azərbaycanda ilk dəfə tətbiqinə başlanılmış bu sistem informasiya texnologiyaları sahəsi üzrə məşğul olan mütəxəssislərin işəqəbul prosesinin effektiv şəkildə keçirilməsinə imkan verir. Sistemin ən vacib üstünlüklərindən biri də eyni vaxtda yüzlərlə potensial namizədin bilik və professional bacarıqlarının sınaqdan keçirilib təhlil olunmasıdır. Yeni platforma, ilkin olaraq, müraciət edən şəxsin potensialını, güclü və zəif tərəflərinin obyektiv şəkildə qiymətləndirilməsi, texniki cəhətdən hazırlığı, verilən tapşırığa sərf edilən zaman müddəti və digər məqamları öyrənməyə şərait yaradır. Cari platforma sayəsində mütəxəssislər nəinki Azərbaycan, həmçinin dünyanın istənilən ölkəsində Bankın işəqəbul prosesində iştirak edə bilərlər. "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, sürətlə dəyişən müasir dövrdə dünyanın aparıcı şirkətləri İT sahəsi üzrə peşəkar mütəxəssislərin işə cəlb olunması üçün bu kimi yenilikçi sistemlərə müraciət edirlər: