Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır


Digərləri 15 Apr 2019 09:18:06 171 0

Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır

Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

Bakı. Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır. 15 aprel saat 08.15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 80095 abituriyent öz ərizəsini təsdiq edib.