Azərbaycanda beşmərtəbəli binada PARTLAYIŞ


Digərləri 15 Apr 2019 09:08:00 164 0

Azərbaycanda beşmərtəbəli binada PARTLAYIŞ

Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.