Alimlərdən dünyanı silkələyən kəşf


Digərləri 15 Apr 2019 05:30:00 367 0

Alimlərdən dünyanı silkələyən kəşf

Rusiya Elmlər Akademiyasının kosmik tədqiqatlar institutu və Boerskov adına institutun mütəxəssisləri bildiriblər ki, qonşu planetdə əvvəllər elmə məlum olmayan bio kimyəvi prinsipə əsaslanan canlı həyat formasının olma ehtimalı var.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Venera-9", "Venera-10", "Venera-13", "Venera-14" aparatları vasitəsilə 1975-1982-ci illər arasında Venera planetinin səthinin panoram görüntüləri əldə edilib. Fotolarda asta hərəkət edən obyektlər nəzərə çarpır.

Veneranın səthindəki fotolarda göbələk, həşərat, əqrəb kimi canlıları xatırladan 19 hipotetik məxluq var. Onların hamısının öz ölçüsü, xüsusiyyəti var və fotolarda yerlərini dəyişdikləri məlum olur. Alimlər hetimal edirlər ki, fotolardakı məxluqlar güclü küləyin təsiri ilə yox, müstəqil hərəkət edirlər. Çünki aparatlar vasitəsilə küləyin gücü hesablanıb və bu külək sözügedən obyektləri tərpətmək üçün kifayət deyil. Bundan başqa hipotetik məxluqlar kamera obyektivinə o dəqiqə yox, bir müddət sonra düşüb. Bu isə aparatın enişi zamanı məxluqların qruntla örtüldüyündən xəbər verir. Məsələn, əqrəb olduğu ehtimal edilən məxluq torpağın altından saat yarıma çıxıb. Bu isə onun çox məhdud fiziki imkanları olduğundan xəbər verir.