Peyğəmbərin çəkdiyi məsəllər


Digərləri 14 Apr 2019 23:40:00 219 0

Peyğəmbərin çəkdiyi məsəllər

Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: "Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörə­sindən keçir, ona təəccüb edir və deyirlər: "Nə üçün bura bir kərpic qoyul­mayıb?" Sonra Peyğəmbər davam edib dedi: "O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam." (əl-Buxari, 3535).

Peyğəmbər demişdir: "Mənim və Allahın mə­nimlə göndərdiyi dinin misalı, həmqəbilələrinin yanına gəlib onlara: "Mən düşmən ordusunu öz gözlərimlə gördüm, mən çılpaq olaraq qöv­mü­nü xəbərdar edən birisiyəm, qaçın canınızı qurtarın"- deyən kimsənin mi­sa­lı­na bənzəyir. Onlardan bir qismi onun sözünə baxıb axşam düşənədək ya­vaşca aradan çıxmış və düşməndən xilas olmuşlar, geridə qalanları isə onu ya­lançı hesab etmiş, düşmən də səhərə yaxın onlara hücum edib hamı­sını məhv etmişlər." (əl-Buxari, 6482).

Allahı zikr edənin misalı Peyğəmbər demişdir: "Rəbbi­ni yad edənlə yad et­məyən kimsənin misalı diri ilə ölünün misa­lına bənzəyir." (əl-Buxari, 6407).

İnsanın malının, ailəsinin və əməlinin məsəli Son.az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi demiş­dir: "Adəm oğlunun malının, ailəsinin və əməlinin məsəli üç qardaşı və ya üç dostu olan kişinin məsəli kimidir. Onlardan biri (malı) deyir: "Həyatında mən səninləyəm. Sən öldükdə isə nə mən səninlə, nə də sən mənimləsən". O biri (ailəsi) deyir: "Mən səninləyəm. Sən o ağaca çatdıqda, nə mən səninlə, nə də sən mənimləsən". Digəri isə (əməli) belə deyir: "Sən diri ikən də, ölü ikən də mən səninləyəm".