Ankara boğazlarda NATO gəmilərinə qırmızı işıq yandıracaqmı?


Digərləri 14 Apr 2019 23:05:00 196 0

Ankara boğazlarda NATO gəmilərinə qırmızı işıq yandıracaqmı?

NATO üzvü 29 ölkənin xarici siyasət idarəsinin başçıları alyansın qurulmasınmın 70-ci ildönümü münasibətilə Rusiyanı hədəfə götürən birgə bəyanat qəbul ediblər.

NATO Rusiyanı "baş təhlükə" elan edərək qarşıdakı dönəmdə Qara dənizi mübarizə səhnəsi kimi müəyyən edib.

Deməli, ABŞ Dövlət Departamenti NATO-nun yubiley görüşünədək bildirib ki, Qara dənizdə Rusiyaya qarşı "tədbirlər zərfi" qəbul ediləcək.

Pompeonun göstərdiyi cəbhələr

Son.az strateq.az-a istinadən bildirir ki, ABŞ dövlət katibi Mayk Pompeonun ağağıdakı bəyanatı NATO-nun diqqəti hansı cəbhələrə toplamağı planlaşdırdığı haqda siqnal verir: "Vladimir Putin çoxdan imperializm haqda qara xülyalarla yaşayır. Bu, Gürcüstan və Ukraynaya soxulduğu tarixdən, Suriyaya və indi Venesuelaya müdaxilədən aydındır. O bizim alyansı parçalamaq və demokratiyanı saxlamaq səylərimizi zəiflətmək istəyir".

Amma ABŞ Gürcüstan və Ukraynaya soxulub ki, onlardan Rusiyaya qarşı istifadə etsin. ABŞ prezidenti Barak Obamanın Ukraynada hakimiyyət dəyişikliyində hansı rol oynadıqları haqda bəyanat-etirafı bundan danışır: "Biz Ukraynada hakimiyyət keçidi zamanı vasitəçi kimi çıxış edəndə Maydan etirazları Putini pis vəziyyətdə qoydu" (CNN-ə müsahibə, 3 fevral 2015-ci il).

Suriya və Venesuelaya Rusiya deyil, ABŞ müdaxilə edib! ABŞ Suriyanın üzərinə cumub ki, bu ölkəni parçalasın, vətəndaş savaşını alovlandırıb, budur, Venesuelada isə bir müddətdir ki, öz namizədini hakimiyyətə gətirməyə çalışır.

Rusiya Suriya və Venesuelada legitim hökumətləri dəstəkləmək mövqeyi tutub, Ukrayna və Gürcüstanda ona sui-qəsd əli uzadan ABŞ-a qarşı çıxıb.

ABŞ və Rusiyanın strateji mübarizəsi

ABŞ SSRİ-nin dağılmasıyla keçmiş sovet respublikalarına yerləşməyə can ataraq Rusiyanın hüdudlarında ona hücum strategiyasını izləyib. Bu məqsədlə Baltikyanı və Şərqi Avropa ölkələrini NATO və AB-yə qəbul edib, Rusiyanı qərbdən sıxışdırıb. Orta Asiya və Qafqazda möhkəmlənməyə çalışaraq cənubdan Rusiyaya basqı göstərməyə səy edib.