ABŞda 4 yaşlı uşaq bacısını öldürdü FOTO


Dünya 14 Apr 2019 21:57:00 189 0

ABŞda 4 yaşlı uşaq bacısını öldürdü  FOTO

ABŞ-ın Corciya ştatında 4 yaşlı oğlan uşağı 6 yaşlı bacısı Milli Dryu Kellini silahla vurub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə avtomobildə baş verib.

Belə ki, Kortni Kelli adlı qadın iki uşağı ilə alış-verişə getmək istəyib. Yolda avtomobildə texniki nasazlıq yaranıb və aşağı enib. Bu zaman 4 yaşlı oğlu avtomobildəki silahı götürərək bacısına doğru tutub və anidən güllə açılıb.

Ağır yaralanan uşaq Atlantada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.


Xəbərə aid fotolar