Şamaxıda ağır qəza, yaralılar var FOTO


Digərləri 14 Apr 2019 21:48:00 187 0

Şamaxıda ağır qəza, yaralılar var  FOTO

Şamaxıda ağır yol qəzası baş verib.

Hadisə saat 19 radələrində Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, qəza zamanı iki minik maşını toqquşub, avtomobillərdən biri aşıb. Nəticədə 3 nəfər xəsarət alıb. Onların kimiliyi həlləlik bəlli deyil.

Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılan hər üç yaralı cərrahiyə şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.