Avtomobili yay rejiminə necə keçirək?


Digərləri 14 Apr 2019 21:23:00 266 0

Avtomobili yay rejiminə necə keçirək?

Qış mövsümündə istifadə edilən şinləri yayda avtomobilin üzərində saxlamaq olmaz.

Bu həm qəza riskini artırır, həm də avtomobilə ziyan vurur. Avtomobillərin yay rejiminə keçidi ilə bağlı görülməsi vacib olan dəyişikliklər barədə ustalarbildirir ki, əsas məsələ təkərlərin dəyişdirilməsidir. Çünki isti havalarda qış təkərləri həm səs verməyə başlayır, həm də maşının özünə ziyandır.

Usta deyir ki, qış aylarında bir neçə dəfə avtomobilin kondisonerindən istifadə etmək lazımdır.Əks halda yayda kondisonerdə nasazlıq yarana bilər. Bundan başqa, soyutma sisteminə diqqət yetirmək lazımdır.