İmişlidə dəhşət: Qadını öldürüb, meyitini


Digərləri 14 Apr 2019 21:11:00 260 0

İmişlidə dəhşət: Qadını öldürüb, meyitini

Ötən gün axşam saatlarında İmişli şəhərində qətl hadisəsi baş verib.

Rayonun 1990-cı il təvəllüdlü Ölcələr kənd sakini Məmmədova Vahidə Mahmud qızı qətlə yetirilərək Araz çayı sahilinə atılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, daha sonra meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Surxayzadə Anar Füzuli oğlu da bıçaqlanıb.

İlkin məlumata görə, qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu qətlə yetirib. Meyiti gətirən sürücü A.Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.