Mənzil almaq istəyən əcnəbilərin sayı sürətlə artır


Digərləri 14 Apr 2019 21:19:00 216 0

Mənzil almaq istəyən əcnəbilərin sayı sürətlə artır

Azərbaycanda mənzil almaq istəyən əcnəbilərin sayı sürətlə artır. Alınan mənzillərin yarıdan çoxu isə bölgələrin payına düşür. Ekspertlərin sözlərinə görə yaxın illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu öncəki illərlə müqayisədə çoxdur. Mənzillərə maraq göstərən xaricilər isə daha çox şərq ölkələrin vətəndaşlarıdır.

Ekspertin sözlərinə görə əldə edilən daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır.Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür.