İsraf edən, Allahla düşmənçilik edənlərdən sayılar


Digərləri 14 Apr 2019 21:10:00 187 0

İsraf edən, Allahla düşmənçilik edənlərdən sayılar

İsraf - o günahlardandır ki, kəbirə hesab olunur. Allah Quranda buyurur: "(Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir". ("Ənam" 141).

Qurani-Kərimin başqa yerində buyurulur: "(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir". ("Əraf" 31).

"(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!". ("Kəhf" 28).

"Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir". ("Taha" 127).

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Allah iqtisadı (mötədil olmağı) sevər, israfı düşmən bilər. Hətta xurmanın tumunu atmağı belə. Çünki o da işə yarayır".