Daxili üsyanları boğmaq, xaricdə könüllülər və husilərə hərtərəfli yardım, nəhəng biznes şəbəkəsi...


Digərləri 14 Apr 2019 20:25:00 216 0

Daxili üsyanları boğmaq, xaricdə könüllülər və husilərə hərtərəfli yardım, nəhəng biznes şəbəkəsi...

ABŞ prezidenti Donald Tramp İranın hərbiləşdirilmiş qurumunu terrorçu təşkilat elan edib. İnqilabi Qvardiya (habelə İslam İnqilabı Keşikçiləri Korpusu-tərc.) bütün Yaxın Şərqdə silahlı dəstələrə dəstəkdən savayı özəl şirkətlərə sahibdir və hətta bu yaxınlarda ölkədə daşqının öhdəsindən gəlməyə yardım edib.

...1979-cu il İslam İnqilabından sonra ölkənin daxili ehtiyacları üçün təhlükəsizlik xidməti kimi yaradılan hərbiləşdirilmiş qurum indi öz "uzun qolları"nı xaricə uzadır. İnqilabi Qvardiya İran ordusundan ayrı hərəkət edir, böyük iqtisadi aktivlərə sahibdir və birbaşa ali ruhsal lider Əli Xamnəiyə tabedir.

İİKK necə formalaşıb?

Son.az strateq.az-a istinadən bildirir ki, Qvardiyanı ayətullah Ruhulla Xomeyninin başçılıq etdiyi inqilabdan sonra İran ordusuyla yanaşı hərbi güc kimi yaradıblar. 1980-ci ildə qvardiyaçıları İraqla savaşa göndəriblər. İİKK savaşın səkkiz ili ərzində ideologiya, iqtisadiyyat və təhlükəsizlik sahəsində İslam Respublikasının aparıcı gücü olub.

Ölkə konstitusiyasına görə, İnqilabi Qvardiya birbaşa ölkənin Ali liderinə tabedir. İndi İslam İnqilabı Keşikçiləri Korpusuna Əli Cəfəri komandanlıq edir. İİKK-in sayı 125-150 min döyüşçü kimi dəyərləndirilir.

İİKK-in vəzifələrinə nələr daxildir?

Onun vəzifələrinə özəlliklə İranın ballistik raket proqramının inkişafı daxildir. Qvardiyaçılar 2015-də nüvə sazişi imzalandıqdan sonra son illərdə hətta silsilə raket sınaqları keçiriblər.

İranın nüvə proqramı üzrə sazişin buraxılışları yasaqlamadığına baxmayaraq, Amerikia hökuməti hesab edir ki, bu, sazişin ruhuna qarşıdır. Tramp ötən il ABŞ-ın beş başqa dövlət - Böyük Britaniya, Almaniya, Çin, Fransa və Rusiya ilə imzalanmış sazişdən çıxdığını elan edib.

İnqilabi Qvardiyanın Fars körfəzini Hind okeanıyla birləşdirən və neft daşıyan gəmilər üçün əsas marşrut rolunu oynayan Hörmüz boğazında dəniz donanması da var.

Qvardiya habelə Bəsicə - daxili üsyanları boğmağa sorumlu olan yarıhərbi könüllü yığmasına nəzarət edir. Təşkilata, əsasən, əhalinin marginal zümrəsindən təhsilsiz və gəliri aşağı səviyyəli adamlar girirlər.

İİKK-in aktivləri nədən ibarətdir?