Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər


Dünya 14 Apr 2019 18:51:00 200 0

Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər

Rusiyada mübahisə zamanı iki Azərbaycan vətəndaşı güllələnib.

Son.az Oxu.Az-a istinadən bildirir ki, onlardan biri ölüb, digəri isə təsadüf nəticəsində sağ qalıb.

Bildirilir ki, mübahisəyə səbəb çürük kartof olub. Sağ qalan azərbaycanlı bildirib ki, dostu ilə meyvə-tərəvəz bazarına gələrək bir nəfərdən 15 ton kartof alıblar. Lakin kartof anbara gətiriləndə, azərbaycanlılar aldadıqlarını başa düşüblər. Belə ki, məhsulun böyük hissəsi xarab olub.