Daşqınlar İranı viran qoydu


Dünya 14 Apr 2019 16:50:00 233 0

Daşqınlar İranı viran qoydu

İranda baş verən son sel və daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti parlamentdə çıxışı zamanı deyib.

M.Höccətinin sözlərinə görə, dəyən ziyanın 30 trilyon rialı (təxminən 714 milyon dollar) Xuzistan vilayətinə aiddir.