Konqresin ilk hicablı vəkili Trampın hədəfində


Dünya 14 Apr 2019 15:32:00 253 0

Konqresin ilk hicablı vəkili Trampın hədəfində

ABŞ Konqresinin ilk hicablı vəkili Somali əsilli İlhan Omar 11 sentyabr hadisələri ilə bağlı fikirlərinə görə tənqid obyektinə çevrilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, ifrat sağçı və mühafizəkarlardan sonra ABŞ Prezidenti Donald Tramp da Omarı hədəf alıb.

Tramp Omarın çıxışından bir hissə ilə əkiz qüllələrin vurulma anının montajlanmış görüntülərini paylaşaraq "Əsla unutmayacağıq" sözlərini yazıb.