“China Daily” Naftalan neftindən yazdı


Digərləri 14 Apr 2019 14:33:00 211 0

“China Daily” Naftalan neftindən yazdı

Təkcə Çində deyil, dünyada da xeyli nüfuza malik "China Daily" qəzeti oxucularını Naftalan nefti haqqında məlumatlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Azərbaycanda neft xəstəliklərə dərman kimi təqdim edilir" adlı məqalədə dünyada nadir olan Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs olunur.

Qeyd olunur ki, geniş neft ehtiyatları 19-cu əsrin ortalarında kəşf olunan Azərbaycan dünyada neft satışı ilə məşğul olan ilk ölkələrdən biridir. Hazırda da neft Azərbaycanın ixracında əsas yeri tutur. Amma Naftalanda tapılan neft ixrac üçün uyğun deyil. Bu neftdən əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur.