Britaniyanın yeni lideri kim olacaq?


Dünya 14 Apr 2019 13:48:00 202 0

Britaniyanın yeni lideri kim olacaq?

Böyük Britaniyada yaxın vaxtlarda parlament seçkiləri keçirilsə, Leyboristlər Partiyası qalib gələcək, onun lideri Ceremi Korbin isə ölkənin yeni baş naziri olacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, sorğuya əsasən, iqtidardakı Mühafizəkarlar Partiyası səsvermədə sadəcə 259 yer qazana bilər, Leyboristlərin isə parlamentdə 296 yeri olacaq. Bununla da Mühafizəkarlar parlamentdə 59 kreslodan məhrum olmuş sayılacaqlar.