Həftənin ilk iş gününün HAVAsı


Digərləri 14 Apr 2019 13:31:00 232 0

Həftənin ilk iş gününün HAVAsı

Bakı və Abşeron yarmadasında aprelin 15-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata əsasən, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 9-12° isti, gündüz 16-21° isti,

Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək.