Kanada şirkəti Azərbaycana investisiyalarını artıracaq


Digərləri 14 Apr 2019 13:00:00 226 0

Kanada şirkəti Azərbaycana investisiyalarını artıracaq

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın "Zenith Energy" şirkəti aprelin 2-si elan edilən Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb

Bakı. Ləman Zeynalova - Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın "Zenith Energy" şirkəti Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir. "Zenith Energy" təsdiq edib ki, sadə aksiyalar 2019-cu il aprelin 5-də lazımi sənədlər verildikdən sonra buraxılıb.